SEPAH Rusiya ilə birgə PUA təlimləri keçdiyini təsdiqləyib

İran İnqilabı Keşikçiləri Korpusu Kaşanda Rusiya ilə birgə pilotsuz uçuş aparatları təlimlərinin keçirildiyini təsdiqləyib.

SEPAH-ın Aerokosmik Qüvvələri Kaşan aviabazasında keçirilən təlimlərə Belarus və Ermənistanın da qatıldığını açıqlayıb.

SEPAH-ın Aerokosmik Qüvvələri komandanının baş müşaviri, briqada generalı Əli Bilali bildirib ki, pilotsuz uçuş aparatları (PUA) sahəsində keçirilən məşqlər “Beynəlxalq Ordu Oyunları” çərçivəsində həyata keçirilir.

Onun sözlərinə görə, bu oyunlar avqustun 28-nə qədər davam edəcək.

İlgili xəbərlər