Güneyli milli fəal Yaşar Piri Təbrizdə həbs olundu

Bu gün Güney azərbaycanlı milli fəal Yaşar Piri Təbriz şəhərində saxlanılıb.
Məlumata əsasən, Yaşar Piri Təbrizdə Kəşfiyyat İdarəsinə çağırıldıqdan sonra həbs edilib.
Onun həbs səbəbləri, hazırda harada saxlanıldığı və nədə ittiham olunması barədə heç bir xəbər verilməyib.
Yaşar Piri Təbriz zindanında saxlanılan siyasi məhbus Ruzbeh Pirinin qardaşıdır.
Qeyd edək ki, Yaşar Piri daha əvvəl də mədəni fəaliyyətlərinə görə dəfələrlə saxlanılıb və təzyiqlərə məruz qalıb.
O, bundan öncə 2021-ci ilin fevral ayının 21-də Beynəlxalq Ana Dili Günündə İran hökumətinin kəşfiyyat idarəsinin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi.