İran beynəlxalq “terroristi” həbs etdiyini iddia edib

İran transsərhəd fəaliyyət göstərən terrorçunu həbs etdiyini iddia edib.

Bu barədə İran Təhlükəsizlik Nazirliyi məlumat yayıb. Bildirilir ki, həbs olunan “terrorçu” ən təcrübəli və təhlükəli terrorçudur.

Nazirliyin bəyanatında saxlanılan şəxsin İran sərhədlərindən qıraqda fəaliyyət göstərdiyi, ağır silahlar üzrə mütəxəssis olduğu və bundan öncə Suriyanın İdlib, Himah və Hələb şəhərlərində çalışdığı qeyd olunub.

Həbs olunan şəxsin kimliyi, nə zaman və harada tutulduğu barədə məlumat verilməyib.

Qeyd edək ki, son vaxtlar İranın təhlükəsizlik qurumları bir neçə dəfə İsrail casuslarını və terroristləri həbs etdiyi barədə bəyanatlar yaysa da, onların kimliyi barədə heç bir açıqlama verilməyib.

 

İlgili xəbərlər