İranda meymun çiçəyinə yoluxma faktı aşkarlanıb

İranın Səhiyyə Nazirliyi ölkədə ilk dəfə meymun çiçəyinə yoluxma faktının aşkar edildiyini açıqlayıb.
İran Səhiyyə Nazirliyinin sözçüsü Pedram Pakayinin sözlərinə görə, meymun çiçəyinə yoluxan 34 yaşlı əhvazlı qadında xəstəlik dəri zədələrinin müşayiət olunması yolu ilə müəyyən edilib.
Səhiyyə nazirinin müavini Kamal Heydəri isə meymun çiçəyinə yoluxan qadının Kanadadan İrana qayıdan həyat yoldaşı vasitəsilə virusa yoluxduğunu bildirib.
Məlumata görə, xəstə hazırda karantinə alınıb. Son analizlər təsdiqləndikdən sonra o, ev şəraitində müalicə olunacaq.