Təbrizdə Urmiya gölü ilə bağlı baner asılıb + VİDEO

Təbrizdə mədəni fəallar Urmiya gölündə baş verən ekoloji fəlakətə diqqət çəkmək məqsədi ilə baner asıblar.
Şəhərin körpülərindən birində asılan banerin üzərinə ingiliscə “Azərbaycan ekologiyasına qarşı cinayət” cümləsi yazılıb.
Qeyd edək ki, bir müddət əvvəl Qərbi Azərbaycan əyalətinin Böhran İdarəetmə İdarəsinin baş direktoru Əmir Abbas Cəfəri Urmiya gölünün artıq 95%-inin quruduğunu bildirmişdi.
Güney azərbaycanlı fəallar, çevrə fəalları, eləcə də bəzi azərbaycanlı deputatlar Prezident İbrahim Rəisi dövründə gölün bərpası üçün nəzərdə tutulan işlərin heç birinin yerinə yetirilmədiyini deyirlər.
Xatırladaq ki, neçə gün əvvəl İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının keçmiş rəhbəri Urmiya gölünün quruması təqdirdə ölkənin təhlükəsizlik problemləri ilə üzləşəcəyini deyib.
İsa Kələntəri bildirib ki, Urmiya gölü bərpa olunmasa, heç bir hökumət İranda davam gətirə bilməyəcək.
“Urmiya gölü qurusa Təbriz şəhəri tamamilə boşaldılmalıdr. Bu proses mümkün olsa belə ən azı 1000 milyard dollara başa gələcək. Siz milyonlarla insanın köç dalğası qarşısında davam gətirə bilməyəcəksiniz”, – deyə keçmiş əkinçilik naziri əlavə edib.