Həbsdə olan güneyli fəallar aclıq aksiyasına başlayıblar

Təbriz zindanında həbsdə olan güneyli milli fəallar Siyavuş Əlizadə və Yaşar Piri aclıq aksiyasına başlayıblar.

Məlumata əsasən, onlar məhkəmənin 200 milyon tümənlik girov müqabilində azadlığa çıxmasına dair qərarına rəğmən İran Təhlükəsizlik nazirliyinin onların azadlığa çıxmasına mane olduğuna görə etiraz aksiyasına əl atıblar.

İndiyədək bu iki fəalın həbs səbəbləri barədə dəqiq məlumat yoxdur.

Qeyd edək ki, Yaşar Piri avqustun 17-də Təbriz şəhərinin Təhlükəsizlik İdarəsinə çağırılaraq saxlanılıb, daha sonra Təbriz zindanına köçürülüb.

Yaşar Piri daha əvvəl də mədəni fəaliyyətlərinə görə dəfələrlə saxlanılıb və təzyiqlərə məruz qalıb.

O, bundan öncə 2021-ci ilin fevral ayının 21-də Beynəlxalq Ana Dili Günündə İran hökumətinin kəşfiyyat idarəsinin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi.

İlgili xəbərlər