İran hərbi nümayəndə heyəti Ağdamda olub

Azərbaycanda səfərdə olan İran Silahlı Qüvvələrinin nümayəndələrindən ibarət mütəxəssis heyəti Ağdam rayonunda olub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşlarının da iştirak etdiyi səfərdə qonaqlar azad edilmiş ərazilərdə işğal zamanı Ermənistan silahlı birləşmələri tərəfindən törədilmiş vandalizmin nəticələri və dağıntıları ilə tanış olublar.

Onlara dağıdılmış tarixi abidələrimiz və yaşayış məntəqələrimiz, eləcə də həmin ərazilərdə dövlətimiz tərəfindən aparılan sürətli yenidənqurma işləri haqqında ətraflı məlumat verilib.

İlgili xəbərlər