İran PUA-ları Moskvada sərgilənib + VİDEO

Rusiya hərbi sərgisində İran pilotsuz təyyarələri nümayiş etdirilib.
İran rəsmiləri bildiriblər ki, Rusiyanın paytaxtı Moskvada avqustun 21-dək davam edəcək “Armiya” VIII Beynəlxalq Hərbi-Texniki sərgidə ziyarətçilər İran PUA-larına xüsusi maraq göstəriblər.
Məlumata əsasən, xüsusən də İranın hücum PUA-ları daha çox diqqət cəlb edib.
Xatırladaq ki, bir sıra Amerika rəsmiləri son həftələrdə Ukraynaya qarşı müharibədə istifadə etmək məqsədilə Rusiyaya İran istehsalı PUA-ların göndərilməsi ilə bağlı xəbərdarlıq ediblər.
Rusiyalı rəsmilər son həftələrdə İranın pilotsuz uçuş aparatları ilə işləmək üçün bu ölkədə təlim keçməkdədirlər.