Ermənistanın səhiyyə nazirinin müavini İrana səfər edib

Ermənistanın səhiyyə nazirinin müavini Armen Nazaryan İran İslam Respublikasına iki günlük səfəri çərçivəsində İran şirkətlərinin dərman sənayesi və qatqılar, peyvəndlər və tibbi avadanlıq sahəsində imkanları ilə tanış olub.
O, İranın Səhiyyə Biotexnologiyasının İnkişafı Şurası, elmi-texniki məsələlər üzrə vitse-prezident, səhiyyə nazirinin müavini, Qızıl Aypara Cəmiyyətinin sədri və həmçinin dərman istehsalı şirkətlərinin nümayəndələri ilə görüşlər keçirib.
Görüşlər zamanı iki ölkə arasında dərmanların idxalı-ixracı, eləcə də birgə istehsalı ilə bağlı perspektiv məsələlər müzakirə edilib.