İran polisi “ekstremist sələfi şəbəkənin” üzvlərini həbs edib + VİDEO

İran Polisi ekstremist sələfi şəbəkəsini dağıtdığını bildirib.

Polisin verdiyi məlumatda bildirilir ki, kəşfiyyat və təhlükəsizlik qüvvələrinin “gecə-gündüz” fəaliyyəti nəticəsində sələfiliyin təbliğat şəbəkəsinin üzvləri həbs edilib.

Məlumata əsasən, bir neçə təbliğat dairəsindən ibarət olan şəbəkəyə xarici bir vətəndaş rəhbərlik edirdi.

Polis komandanlığı həmçinin qeyd edib ki, İranın cənubunda yerləşən Şiraz şəhərində aparılan əməliyyat nəticəsində əcnəbi vətəndaş olan şəbəkənin 15 üzvü saxlanılıb.

Polisin bəyanatında həmçinin bildirilir ki, şəbəkəni maliyyələşdirən bir neçə iranlı və əcnəbi vətəndaş da müəyyənləşdirilərək həbs edilib.

İlgili xəbərlər