İran və Rusiya kino sahəsində əməkdaşlıq anlaşması imzalayıblar

İran Kino Təşkilatı ilə Moskva Dövlət Kinematoqrafiya Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

Anlaşma İran Kino Təşkilatının rəhbəri Məhəmməd Xəzai və Moskva Dövlət Universitetinin prezidenti Vladmir Sergeeviç Malışev arasında keçirilən birgə görüşdə imzalanıb.

Rusiyaya səfər edən Xəzai əməkdaşlıq memorandumunu imzaladıqdan sonra İran və Rusiya arasında kino sahəsində akademik əməkdaşlığın əhəmiyyətinə toxunaraq qeyd edib ki, uzun tarixə malik olan Moskva Dövlət Kinematoqrafiya Universiteti dünya səviyyəsində etibarlı elmi mərkəzlərdən biridir.

Moskva Dövlət Kinematoqrafiya Universitetinin rəhbəri də “İran kinosunun tarixindən və dünyadakı uğurlarından xəbərdar olduqlarını” bildirib.

O həmçinin, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün çoxlu imkanların olduğunu vurğulayıb.

İlgili xəbərlər