Azərbaycanın daha bir təbiət abidəsi məhv olmaq üzrədir

Təbrizin 53 kilometrliyində yerləşən Qurugöl məhv olmaq üzrədir.

Yerli medianın verdiyi məlumata görə, “rəsmilərin səhlənkarlığı və yağışların azalması ucbatından Qurugöl tamamilə quruyub”.

Ətraf mühit fəalları daha əvvəl dəfələrlə gölün quruma təhlükəsi ilə üz-üzə olduğu barədə xəbərdarlıq etmişdilər.

Qeyd edək ki, Şərqi Azərbaycan əyalətinin ərazisində alyuvial çökəklikdə yerləşən göl, dəniz səviyyəsindən 1905 m hündürlüyə malikdir. Ətraf əraziləri bataqlıqlaşmışdır. Gölün sahəsi 129 ha, dərinliyi 5 m, həcmi isə 3 milyon kubmetr su tutumuna malik olub.

Qurugöl 23 iyun 1975-ci ildən Ramsar Konvensiyası ərazisinə daxil edilmişdir.

İlgili xəbərlər