Güneyli siyasi məhbuslar aclıq aksiyalarını sonlandırıb

Həbsdə olan milli fəallar Yaşar Piri və Siyavuş Əlizadə dünəndən etibarən aclıq aksiyalarını dayandırıblar.

 

Onlar Təbriz həbsxanasının karantin bölməsindən 12-ci bölməyə köçürüldükdən sonra aksiyalarını sonlandırıblar.

Avqustun 17-də Təbrizdə həbs edilən mədəni fəal Yaşar Piri ailəsi ilə qısa telefon danışığında başqa həbs edilmiş fəal Siyavuş Əlizadə ilə birlikdə aclıq aksiyasına başladıqlarını bildirmişdi.

Piri məhkəmə orqanları tərəfindən əsassız işlərin açılmasına və həbs prosesinə etiraz olaraq aclıq aksiyasına başladıqlarını açıqlamışdı.

Qeyd edək ki, bu iki fəal avqustun 17-də Təbriz şəhərinin Təhlükəsizlik İdarəsinə çağırılaraq saxlanılıb, daha sonra Təbriz zindanına köçürülüblər.

Yaşar Piri daha əvvəl də mədəni fəaliyyətlərinə görə dəfələrlə saxlanılıb və təzyiqlərə məruz qalıb.

O, bundan öncə 2021-ci ilin fevral ayının 21-də Beynəlxalq Ana Dili Günündə İran hökumətinin kəşfiyyat idarəsinin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi.

İlgili xəbərlər