İran ərzaq qiymətlərinin inflyasiyasına görə dünyada 6-cı yerdədir  

Dünya Bankının hesabatına görə,  İran ərzaq inflyasiyasına görə dünyada altıncı ölkədir.

Dünya Bankı Ərzaq Təhlükəsizliyi hesabatına əsasən (11 avqust 2022-ci il tarixində yenilənib), İslam Respublikası(90%) Livan(332%), Zimbabve(309%), Venesuela(155%), Türkiyə(95%) və Şri-Lankadan(91%) sonra dünyada ən yüksək ərzaq inflyasiyasından əziyyət çəkən ölkə kimi qeyd edilib.

Qeyd edək ki, həmin göstərici Azərbaycan üçün 20.5% olub.

Hesabat dünya ölkələrinin daxili bazarında ərzaq məhsullarının qiymətini araşdırıb. Məlumatda təfərrüatı ilə göstərilir ki, dünyanın aşağı və orta gəlirli ölkələrində ərzaq inflyasiyası hələ də yüksəkdir və yaxın həftələrdə daha da artacaq.

İlgili xəbərlər