ABŞ: “Suriyada İrana bağlı yaraqlıların mövqeyinə zərbə endirdik”

ABŞ ordusu prezident Co Baydenin göstərişi ilə Suriyanın Deyr əz-Zor şəhərində İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) bağlı silahlıların istifadə etdiyi infrastruktur obyektlərini hədəfə aldığını açıqlayıb.
Bu barədə Amerikanın Mərkəzi Komandanlığı “CENTCOM” məlumat yayıb.
“CENTCOM”un Tvitter-dəki farsca hesabının avqustun 23-də verdiyi açıqlamaya görə, bu “hava hücumları Suriyanın Deyr əz-Zor bölgəsində SEPAH-a bağlı yaraqlıların istifadə etdiyi infrastruktur obyektlərini hədəf alıb”.
“Bu dəqiq hücumların məqsədi Amerika qüvvələrini İran rejiminin dəstəklədiyi qrupların 15 avqustda Amerika personalına qarşı hücumu kimi hücumlardan müdafiə etmək və qorumaq olub”,- deyə “CENTCOM”un bəyanatında vurğulanır.