İranda PUA-ların iştirakı ilə təlim keçirilir + VİDEO

İranda pilotsuz uçuş aparatlarının iştirakı ilə hərbi təlimlərə start verilib.

Məlumata əsasən, iki günlük təlimlər körfəz və Ərəb dənizindən ölkənin şərq, qərb, şimal və daxili bölgələrinə qədər müxtəlif məntəqələrində keçirilir.

1000 kilometrə qədər məsafəni əhatə edən təlimdə müxtəlif hərbi bazalardan 150-dən çox PUA iştirak edir.

Təlimdə məqsəd pilotsuz təyyarələrin döyüş qabiliyyətini yoxlamaq və onlara qarşı mübarizə sistemlərini qiymətləndirməkdir.

İran ordusu bildirib ki, təlimin ilk günündə PUA sahəsində elektron döyüş məşqləri uğurla həyata keçirilib.

 

 

İlgili xəbərlər