İranın ABŞ pilotsuz gəmisini ələ keçirmək cəhdinin qarşısı alınıb + VİDEO

ABŞ Hərbi Dəniz Qüvvələri Komandanlığı, İranın Körfəzdə ABŞ-a məxsus pilotsuz suüstü gəmisini ələ keçirməyə cəhd etdiyini açıqladı.
Məlumatda bildirilir ki, SEPAH-a aid bir gəminin ABŞ-ın 5-ci eskadronu tərəfindən idarə olunan pilotsuz suüstü gəmisini ələ keçirmək cəhdinin qarşısı alınıb.
ABŞ 5-ci Donanmasından verilən açıqlamada, 29 avqust yerli vaxtla saat 23:00 radələrində beynəlxalq sulardan keçən SEPAH-ın Şəhid Baziar adlı dəstək gəmisinin Saildrone Explorer adlı pilotsuz suüstü gəmini çəkməyə çalışarkən müşahidə edildiyi bildirilib.
Açıqlamada, ABŞ Hərbi Dəniz Qüvvələrinə aid USS Thunderbolt (PC 12) sahil patrul gəmisinin hadisənin yaxınlığında olduğu və ələ keçirmə əməliyyatına dərhal müdaxilə etdiyi, ABŞ 5-ci Donanmasının isə MH-60S vertolyotunu havaya qaldırdığı qeyd olunur.
ABŞ Hərbi Dəniz Qüvvələri əlavə edib ki, görülən tədbirlərin nəticəsində SEPAH gəmisinin pilotsuz gəmi ilə əlaqəsi kəsilib, və təxminən 4 saat sonra bölgəni tərk edib.