İran idxalatda kriptopuldan istifadə edəcək

İslam Respublikası yeni kriptovalyuta qanunu qəbul edib.

ABŞ-ın iqtisadi sanksiyalarını aşmağa çalışan İran rəhbərliyi kriptovalyutanı idxal üçün qəbul edəcəyini açıqlayıb. İranın yeni kripto qanunu ilə kriptovalyutalardan istifadənin yolu açılıb. Beləliklə, İranın maliyyə və bank sektorundakı şirkətlər də kriptovalyutalardan rəsmi şəkildə istifadə edə biləcəklər.

Sənaye, Mədən və Ticarət naziri Reza Fatemi Əminin verdiyi son açıqlamada İranın rəsmi olaraq kriptovalyutaları qəbul edəcəyi mesajı verilib. Yeni qanunla idxalda kriptovalyutalara üstünlük verəcəklərini bildirən nazir dollar və avronun “arxa planda” saxlanılacağını vurğulayıb.

Hazırda ölkənin kriptovalyutalardan hansı sektorlarda istifadə edəcəyi bəlli deyil. Nazir Reza Fateminin sözlərinə görə, yanacaq və enerji də daxil olmaqla kripto aktivləri ilə bağlı bütün məsələlər nəzərdə tutulub.

Hökumət yeni qanunla kriptovalyutaların təhlükəsizliyini təmin etsə də, bu, ölkə üçün bir ilk deyil. Bu ayın əvvəlində sınaq proqramı çərçivəsində kriptovalyutadan istifadə etməklə 10 milyon dollar dəyərində idxal həyata keçirilib.

İran Ticarətin İnkişafı Təşkilatının rəhbəri Əlireza Peymanpak isə qanunu dərhal tətbiq etmək istədiklərini bildirib.

“Hədəf ölkələrlə xarici ticarətdə kriptovalyutalardan və ağıllı müqavilələrdən istifadə edəcəyik”, – deyə o qeyd edib.

İlgili xəbərlər