İran Daxili İşlər Naziri: Bəziləri Tehran-Bakı münasibətlərini korlamaq istəyir

İranın Daxili İşlər Naziri Əhməd Vəhidi jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Baş Prokuroru Kamran Əliyevlə görüşünü dəyərləndirib.

“Təbii ki, İran və Azərbaycan Respublikası arasında çoxlu ortaq məsələlər var. Ona görə də üçüncü tərəflərin iki ölkə arasında yaxşı münasibətlərə müdaxilə etməsinə icazə verilməməlidir”, – deyə Vəhidi bildirib.

İki ölkənin münasibətlərinə qarşı təxribatların olduğunu və üçüncü tərəflərin anlaşılmazlıq yaratmağa çalışdıqlarını ifadə edən Vəhidi əlavə edib ki, “bu məsələ İran və Azərbaycan Cümhuriyyətinin maraqlarına uyğun deyil”.

Geniş strateji əlaqələrə malik olan İran və Azərbaycan Cümhuriyyətinin regionda yaxşı gələcəyə malik ola biləcəyini vurğulayan Vəhidi deyib:

“Azərbaycan rəsmisi ilə görüşümüz zamanı bir sıra məsələləri, o cümlədən narkotiklərlə mübarizə ilə bağlı fikir mübadiləsi apardıq”.

İlgili xəbərlər