İranda Yollar və Şəhərsalma Nazirliyinin yüksək rütbəli məmuru həbs edilib

İranın Yollar və Şəhərsalma Nazirinin baş məsləhətçisi və özəl müfəttişi Qasım Məkarim Şirazi saxlanılıb.
Prezident İbrahim Rəisinin parlament məsələləri üzrə müavini Məhəmməd Hüseyni xəbəri təsdiq edib.
Həbs xəbərinin yayılmasından sonra İranın Yollar və Şəhərsalma Naziri Rüstəm Qasiminin işə çıxmaması onun istefası və ya işdən azad edilməsi barədə şayiələrin yayılmasına səbəb olmuşdu.
İbrahim Rəisinin müavini isə nazirin əməliyyat olunduğu üçün vəzifə başında hazır olmadığını deyib.
Qeyd edək ki, Qasım Məkarim Şirazi tanınmış din xadimi Ayətullah Nasir Məkarim Şirazinin nəvəsidir.
Nasir Məkarim Şirazi İran mediasında “Şəkər Sultanı” ləqəbi ilə tanınır. İddialara görə, O, şəkər monopoliyası ilə məşğul olub və ölkəyə idxal edilən şəkər tozu bazarına nəzarət edir.