İrandan Türkiyə ilə əlaqələrin dərinləşməsinə vurğu

İranın daxili işlər nazirinin müavini türkiyəli həmkarı ilə görüşündə ikitərəfli əlaqələrin dərinləşməsini vurğulayıb.

İranın daxili işlər nazirinin müavini Məcid Mir Əhmədi Tehranda türkiyəli həmkarı Tayyib Sabri Erdel ilə görüşündə İran və Türkiyə arasındakı münasibətləri çox konstruktiv və gələcəyə hesablanmış adlandırıb.

Mir Əhmədi türkiyəli həmkarı ilə görüşün mövzularına işarə edərək qeyd edib ki, bu oturumda o, Türkiyə rəsmisi ilə sərhəd məsələləri, narkotik və insan alveri, məhbus mübadiləsi kimi müxtəlif məsələləri müzakirə edib.

Rəsmi həmçinin İran və Türkiyənin təhlükəsizlik və hüquq-mühafizə sahələrindəki əməkdaşlıqlarının  geniş olduğunu vurğulayıb.

İlgili xəbərlər