Ukraynalı deputat: Rusiya tezliklə İrandan daha 100 PUA alacaq

Ukrayna parlamentində təmsil olunan “Holos” partiyasının deputatı Yulia Klymenko deyib ki, yaxın gələcəkdə Rusiya İrandan daha 100 pilotsuz uçuş aparatı almağa hazırlaşır.

Klymenko bu barədə mərkəzi Londonda olan “İran İnternational” televiziyasına müsahibəsində məlumat verib.

Onun sözlərinə görə, rus əsgərləri İranda PUA-lar ilə işləmək üçün təlim keçiblər.

Ukrayna parlamentinin üzvü İranın Rusiyaya pilotsuz təyyarə göndərməsindən “dərin sarsıntı keçirdiyini və narahat olduğunu” bildirib.

“Vaşinqton Post” qəzetinin yazdığına görə, Rusiya təyyarələri İran istehsalı PUA-ların ilk partiyasını avqustun 19-da Moskvaya aparıb.

Həmin qəzetin yazdığına görə, Rusiyaya göndərilən PUA-lar Mohacer 6 və Şahed seriyasından olan uçuş aparatlarından ibarətdir.

CNN isə bu təyyarələrin Mohacer 6, Şahed 129 və Şahed 191-dən ibarət olduğunu iddia edib.

Ancaq yenə də “Vaşinqton Post” qəzetinin iddiasına görə, ruslar həmin pilotsuz təyyarələrin ilkin sınaqları zamanı onlarda texniki qüsurlar aşkar edib və bu məsələ Rusiyanın narazılığına səbəb olub.

İlgili xəbərlər