İran Türkiyə universitetlərində fars dili müəllimlərini mükafatlandırıb

Ankarada İran İslam Respublikası səfirinin iştirakı ilə keçirilən mərasimdə Türkiyə universitetləri və Sədi Qurumunun fars dili müəllimləri təltif edilib.

Sədi Qurumu fars dili və ədəbiyyatını İrandan kənarda yaymaq üçün fəaliyyət göstərən bir təşkilatdır. Qurum İran hökuməti tərəfindən maliyyələşdirilir.

İranın rəsmi məlumatına görə, Türkiyədəki elm mərkəzlərində minə yaxın fars dili tələbəsi bakalavr, magistr və doktorantura pillələrində təhsil alır.

İranın Ankaradakı səfiri Məhəmməd Ferazmənd İran və Türkiyə arasında mədəni əməkdaşlığın gücləndirilməsində fars dilinin roluna toxunaraq deyib:

“Türkiyədə fars dili və ədəbiyyatının öyrənilməsi təşəbbüsü çox yaxşı başlayıb və davam edir və bu sahədə yaxın gələcəkdə bir devrim ola bilər”.

Türkiyə universitetlərində fars dili professorlarının təltif olunma mərasimində Beynəlxalq Şəhriyar Festivalının xüsusi mükafatı Səlcuq Universitetinin Ədəbiyyat fakültəsinin Fars dili və ədəbiyyatı kafedrasının müdirinə professor Əli Təmizələ təqdim edilib.

İlgili xəbərlər