İran məhsullarının Ermənistana və Rusiyaya ixracı sadələşdirilir

“Araz” Azad İqtisadi Zonasının baş direktoru Məcid Kiyani İran-Ermənistan Birgə Ticarət Palatasının sədri ilə görüşüb.

Görüşdə Kiyani sözügedən iqtisadi zonada, xüsusən də Ermənistanla Nurduz gömrük-keçid məntəqəsində kommersiya nöqteyi-nəzərindən infrastruktur və logistik imkanlarını təqdim edib və deyib:

“İran-Ermənistan Müştərək İqtisadi Komissiyasının 17-ci iclasında çox vacib məsələlər qaldırılıb, lakin onlardan yalnız bir neçəsi həyata keçirilib”.

O əlavə edib ki, təsdiqlənən layihələrin icrası üçün əməliyyat planı tərtib edilməlidir.

“İranın Ermənistandakı səfirliyi və İran-Ermənistan Birgə Ticarət Palatası iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı və genişləndirilməsində və texnologiyanın ötürülməsində mühüm rol oynaya bilər”,-deyə Kiyani əlavə edib.

“Araz” Azad İqtisadi Zonasının, eləcə də Ermənistanın potensial və imkanlarının tərəflərə lazımınca təqdim olunmadığına diqqət çəkən Kiyani habelə bildirib: “Məhz bu amil işgüzar münasibətlərdən tam yararlana bilməməyimizə səbəb olub”.

Görüşdə İran-Ermənistan Birgə Ticarət Palatasının rəhbəri, iranlı iş adamı Hervik Yarıcanyan da qeyd edib ki,Mehridə müştərək azad iqtisadi zonasının yaradılması ilə həm Ermənistan zavodlarına lazımı xammalın satışını təmin etmək olar, həm də xammal tədarükündən faydalanmaq olar.

Ticarət Palatasının üzvlərinin nəqliyyat və sığortanın müxtəlif sahələrinə sərmayə qoyması, yük maşınlarının istehsalı, eləcə də Ermənistanda hava tranziti və “Araz” Azad İqtisadi Zonasının məhsullarının Rusiyaya ixracının asanlaşdırılması məqsədi ilə şirkətlərin yaradılması bu görüşdə müzakirə olunan digər mövzular arasında olub.

İlgili xəbərlər