İranda yarım hərbi “Bəsic” qüvvələrinin üzvü öldürülüb

İranda yarım hərbi “Bəsic” qüvvələrinin 27 yaşlı üzvü bıçaqlanaraq öldürülüb. Hadisə Fars əyalətinin Kazerun şəhərində baş verib.

Kazerun şəhərinin polis rəisi İsmail Ziraətiyan mediaya verdiyi açıqlamada sentyabrın 1-i axşam saatlarında Behruz Nəbiipur adlı “Bəsic” üzvünün 15 yaşlı yeniyetmə tərəfindən qətlə yetirildiyini deyib.

Onun sözlərinə görə, şəxsi münaqişə zəminində baş verən qətl hadisəsindən sonra yeniyetmə və onunla əlbir olan 18 yaşlı gənc saxlanılıb.

Qeyd edək ki, “Bəsic” üzvləri və mollaların vətəndaşların şəxsi həyatlarına müdaxilələri, insanların geyim tərzlərinə və şəxsi münasibətlərinə iradları onların vətəndaşlar tərəfindən döyülmələrinə, bəzi hallarda öldürülmələrinə səbəb olur.

Belə hadisələr xüsusilə son aylarda vətəndaşlar həddindən artıq sıxışdırıldığından daha da çoxalıb.

İlgili xəbərlər