İranın avtomobil şirkəti Rusiyaya məhsul ixrac edəcək

İranın avtomobil istehsalçılarından olan İran Xodro Dizel şirkətinin rəhbəri bəyan edib ki, şirkətin məhsullarını Rusiyaya ixrac etmək üçün anlaşma memorandumu imzalanıb.
Cavad Təvəssülimehr hansı məhsulun Rusiyaya satılacağı barədə məlumat verməyib.
O, Məşhəddə 22.ci Beynəlxalq Avtomobil Sərgisindən keçirdiyi görüş zamanı deyib ki, xarici firmaların bu şirkətin məhsullarına olan marağı, İran Xodro Dizeldə ixracat və valyuta balansı yaratmaq üçün əlverişli şərait yaradacaq.
Təvəssülimehr İran Xodro Dizelin avtomobil bazarında payını artırmaq üçün müxtəlif proqramlar üzərində işlədiyini qeyd edib.