Şərqi Azərbaycan – Ermənistan iş adamlarının birgə toplantısı keçirilib

Şərqi Azərbaycan əyalətindən olan iqtisadi-ticarət sahəsində fəaliyyət göstərən 22 sahibkarın iştirakı ilə İrəvanda İran və Ermənistan iş adamlarının toplantısı keçirilib.

Sözügedən iş adamları Şərqi Azərbaycan valisi Abidin Xurrəmin Ermənistana səfərində onu müşayiət edir.

konfransda çıxış edən Abidin Xurrəm Şərqi Azərbaycan əyalətinin “nəhəng iqtisadi potensialını” tanıtmağı bu toplantının əsas məqsədlərindən biri olduğunu qeyd edib.

İran şirkətləri 22 fəaliyyət növü sahəsində, o cümlədən, xalçaçılıq, qida sənayesi, tikinti-təmir və s. sahələrdə ermənistanlı tərəfdaşları ilə tanış olmaq məqsədilə toplantıda iştirak ediblər.

Toplantıda İran və Ermənistan arasında idxal-ixrac potensialını nəzərə alaraq ikitərəfli ticarət mübadiləsinin həcmini ildə 1 milyard dollara çatdırmağın mümkün olduğu vurğulanıb.

Konfransda iştirak edən Ermənistanın iqtisadiyyat nazirinin müavini Arzumanyanın qeyd edib ki, “İran özünü təmin edən, yüksək keyfiyyətli məhsul istehsal edən ölkədir”.

“Biz bu nəhəng imkandan istifadə etməliyik. Digər tərəfdən, Ermənistan Avrasiya İttifaqının üzvüdür və qonşu ölkə olaraq İranı bu ittifaqın böyük bazarı ilə birləşdirən körpü ola bilər”, – deyə o əlavə edib.

Son 6 ayın statistikasına görə, İran və Ermənistan arasında əmtəə dövriyyəsinin həcmi 307 milyon dollardan artıq olub ki, bu da ötən ilin həmin dövrü ilə müqayisədə 37% çoxdur.

 

İlgili xəbərlər