Şərqi Azərbaycanda qızıl mədənin dağıdıcı fəaliyyətinə qarşı etiraz aksiyası keçirilib+ VİDEO

Şərqi Azərbaycanın Vərziğan bölgəsinin Əndəryan (Əndirqan) kəndinin sakinləri kəndin ərazisində yerləşən qızıl yatağını işlədən şirkətin dağıdıcı fəaliyyətinə qarşı etiraz aksiyası keçiriblər.
Kəndlilər qızıl mədəninin qeyri-standart istismarına, qaydasız partlayışların həyata keçirilməsinə və zəhərli tullantıların təbiətə buraxılmasına etiraz edib.
Aksiyada əhali “mədən gərək bağlana” şüarı səsləndiriblər.
Təxminən 30 milyon ton ehtiyatı olan Əndəryan mədənində qızıl hasilatı üçün qeyri-standart və köhnə üsuldan istifadə olunur. Mədənin fəaliyyətinin ətraf mühitə vurduğu ziyana görə dəfələrlə etirazlar olsa da, İran rəsmiləri faktları gizlədərək mədənin fəaliyyətinin davam etməsinə şərait yaradıblar. Ekspertlərin fikrincə, mədəndə hər gün təxminən bir ton natrium sianid istehlak olunur. Bu, çox təhlükəli və zəhərli maddədir. Həmin maddə çevrəni, o cümlədən də yeraltı sularını çirkləndirir.