Təbriz Universitetində ermənişünaslıq kafedrası açılacaq

Təbriz Dövlət Universitetində Ermənişünaslıq kafedrası açılacaq.
Bu barədə İrəvan Dövlət Universitetinin rektoru Ovanes Ovanesyan təbrizli həmkarı Səfər Nəsrullazadə ilə görüşdən sonra öz Facebook səhifəsində məlumat verib.
Öz növbəsində, İrəvan Dövlət Universiteti də İranşünaslıq kafedrası yanında Atropatena (İran Azərbaycanı) Mərkəzi yaratmağa hazır olduğunu bildirib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi ali təhsil ocağı dost İran universitetləri ilə təkcə elm və təhsil yox, həm də mədəniyyətlərarası dialoqun inkişafı və akademik mübadilə məqsədilə əlaqələri genişləndirməyi vacib hesab edir.