Təbrizdə Urmiya gölü ilə bağlı şüarlar yazılıb

Təbrizin bir qrup milli fəalı Urmiya gölünün acınacaqlı durumuna diqqət çəkmək məqsədi ilə divarlara şüarlar yazıblar.

Sentyabrın 4-də fəallar Urmiya gölünün quruması və duz fırtınası fəlakəti ilə bağlı xəbərdarlıq edərək Təbriz şəhərində divar yazılarla bu gölün son nəfəslərini çəkməsinə ictimaiyyətin diqqətini cəlb etməyə çalışıblar.

Təbriz divarlarında ingiliscə “Urmu gölünün ölümü=duz fırtınası=Azərbaycanın ölümü” şüarı yazan fəallar ekoloji fəlakətin Azərbaycan əyalətlərində milyonlarla insanın həyatını təhlükəyə atdığı barədə xəbərdarlıq ediblər.

İlgili xəbərlər