İran Azərbaycanın işğaldan azad olmuş ərazilərində traktor zavodu tikəcək

Azərbaycanın torpaqlarının işğaldan azad edilməsindən sonra Tehran və Bakı arasında iqtisadi münasibətlərin inkişafı üçün yeni imkanlar yaranıb.

Bunu Azərbaycanın İrandakı səfiri Əli Əlizadə Təbrizin Nəsr xəbər agentliyinə verdiyi açıqlamasında bildirib.

“Azərbaycan Respublikasının siyasəti İran İslam Respublikası ilə əlaqələrin hərtərəfli inkişafıdır, biz həmişə İranla əlaqələri inkişaf etdirmək əzmində olmuşuq və İranla bütün sahələrdə əlaqələrimizi gücləndirmək niyyətindəyik”, – deyə azərbaycanlı diplomat vurğulayıb.

O, iki ölkənin münasibətlərini “yaxşı və inkişafa doğru” qiymətləndirib və əlavə edib ki, “bəzilər iki ölkə arasındakı yaxşı münasibətlərə dözə bilmirlər”.

“Təbriz İranın sənaye şəhərlərindən biridir və biz bu şəhərin Traktorqayırma şirkətinin rəhbərləri ilə razılaşdıq ki, zavodun məhsullarının istehsalı xətti Azərbaycan Respublikasının azad edilmiş ərazilərində yaradılsın”, – deyə Əlizadə bildirib.

İlgili xəbərlər