Təbriz məhkəməsi Xaqan adına şəxsiyyət vəsiqəsi verilməsinə qərar verdi

İki aylıq mübarizədən sonra Təbriz məhkəməsi Xaqan adına şəxsiyyət vəsiqəsi verilməsi haqda qərar qəbul edib.

Bu barədə Xaqanın atası, sənətçi Yunis Mahmudi özünün sosial media hesabında paylaşım edib.

O, “insraqram” hesabında iki ay mübarizədən sonra oğlu Xaqan adına şəxsiyyət vəsiqəsinin verilməsi barədə Təbrizin Ümumi Məhkəməsinin qərar verməyə məcbur olduğunu yazıb.

“Qeydiyyat İdarəsinin bizə təklif etdiyi fars adlarından imtina etdikdən və iki ay çalışdıqdan sonra türkcə Xaqan adına şəxsiyyət vəsiqəsinin verilməsi barədə qərar verilməsinə nail olduq. Bu işdə əməyi olan vəkillər Hadi Əlipur və Əsgər Məhəmmədiyə təşəkkür edirəm. Yaşasın haqq- ədalət!”, -deyə, Mahmudi bildirib.

Daha əvvəl Təbrizin 39-cu Hüquq Məhkəməsi Qeydiyyat İdarəsinin bu ada şəxsiyyət vəsiqəsi verməməsinə haqq qazandırmışdı.

 

 

İlgili xəbərlər