Təhlükəsizlik məmurları güneyli şairin evinə basqın edib

Sentyabrın 5-də İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin yerli bölməsinin əməkdaşları şair və mədəni fəal Məhəmmədrza Cəfərinin (Çalqın) evinə basqın ediblər.

Qanunsuz axtarış aparan məmurlar şairin noutbuk, telefon və başqa şəxsi əşyalarını müsadirə edərək özləri ilə aparıblar.

Onlar Cəfəridən sentyabrın 7-də təhlükəsizlik idarəsinə gedib bir sıra suallara cavab verməsini istəyiblər.

Qeyd edək ki, Cəfərinin “Əlvida”, “Yalan sərgisi” və “Mən qadınların tərəfindəyəm” adlı şeir məcmuələri nəşr edilib.

İlgili xəbərlər