Yaxında 350 rus iş adamı İrana səfər edəcək

İranın sənaye, ticarət və mədən naziri 350 rusiyalı iş adamının tezliklə İrana səfər edəcəyini açıqlayıb.

Seyid Rza Fatimi Əmin bu gün keçirdiyi mətbuat konfransında İranın digər ölkələr, xüsusilə də Rusiya ilə əlaqələrinin inkişaf edəcəyinə işarə edərək, rusiyalı iş adamının yaxın vaxtlarda İrana gedərək ticarət imkanları və investisiya sahələrini araşdıracaqlarını bildirib.

O, bu səfərin məqsədinin ticarət əlaqələrini inkişaf etdirmək olduğunu bildirib.

İranlı nazir rus iş adamlarının səfərini “bənzərsiz hadisə” olaraq dəyərləndirib.

İlgili xəbərlər