Co Bayden: İsrailin İrana qarşı özünü müdafiəsinə mane olmayacağıq

Amerikanın İsraildəki səfiri Tom Nides bildirib ki, Amerika İsrailin özünü İrana qarşı müdafiəsinə mane olmaq istəmir.
O əlavə edib ki, Co Bayden telefon danışığında Yair Lapidə “biz heç vaxt İsrailə mane olmayacağıq. Biz İranın təhlükəsindən xəbərdarıq” deyib.
ABŞ səfiri onu da əlavə edib ki, Bayden İranın heç vaxt nüvə silahı əldə etməyəcəyinə dair öhdəliyini təkrarlayıb.
Nides Amerikanın İranın nüvə probleminin diplomatik həllində maraqlı olduğunu, ancaq yalnız Avropa Birliyinin Hərtərəfli Birgə Fəaliyyət Planının canlandırılmasına dair saziş layihəsinin şərtlərinə əsaslandığını söyləyib.
“Amerika İranla razılaşmaya Beynəlxalq Atom Enerjisi Agentliyinin İranın elan olunmamış nüvə obyektlərində aşkar edilmiş zənginləşdirilmiş uran izləri ilə bağlı tədqiqat dosyesinin bağlanmasına imkan verməyəcək”-deyə, səfir bildirib.