İran müdafiə nazirinin müavini Azərbaycana səfər edib

İran müdafiə nazirinin müavini admiral Əmir Rastegari Azərbaycana səfərə gəlib.

Bildirilib ki, Azərbaycana üç günlük səfəri çərçivəsində admiral Rastegarinin “ADEX” Beynəlxalq Müdafiə Sərgisində iştirak edən ölkələrin nümayəndələri ilə ikitərəfli bir sıra görüşləri nəzərdə tutulub.

“İranın Müdafiə Nazirliyi dost və qardaş ölkə Azərbaycanın dəvəti ilə Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak etdi. Bu sərgidə İran istehsalı olan müdafiə sənayesi məhsullarını da nümayiş etdirəcəyik”, – deyə Rəstegari bildirib.

Azərbaycanın Cənubi Qafqaz regionunda xüsusi mövqeyə malik olduğunu vurğulayan iranlı nazir müavini qeyd edib ki, “Azərbaycanla hərbi əlaqələrimizi yaxşılaşdırmaq üçün bəzi planlar hazırlamışıq”.

Bakıda keçirilən ADEX 2022 Sərgisi bu gündən etibarən 200 şirkətin iştirakı ilə başlayıb.

İlgili xəbərlər