Albaniya İranla diplomatik əlaqələrini kəsdi

Bu ilin iyul ayında Albaniyanın dövlət infrastrukturuna qarşı edilən kiberhücumun ardınca, Balkan ölkəsi İranla münasibətlərini kəsməyə qərar verdi.
Albaniyanın baş naziri Edi Rama ölkəsinin İranla siyasi əlaqələri kəsdiyini deyərək əlavə edib ki, Albaniyada xidmət aparan bütün iranlı diplomatlar 24 saat ərzində ölkəni tərk etməlidirlər.
“İran tərəfindən ölkəmizə edilən kütləvi kiberhücumlara cavab olaraq, diplomatik əlaqələrin kəsilməsi qərarını aldıq”-deyə, Albaniya Nazirlər Kabinetinin bəyanatında bildirilib.
Qeyd edək ki, iyul ayında Albaniya İran rejimi adından casusluq etdikləri üçün bir neçə İran vətəndaşını saxlayıb və dindirib.
İranın əsas müxaliflərindən sayılan Xalq Mücahidləri Təşkilatının mənzil qərargahının Albaniyaya köçürülməsindən sonra İran bu ölkədə dəfələrlə terror aktları törətməyə çalışıb.