Azərbaycanla İran arasında mədəni əlaqələrin inkişafı müzakirə olunub

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə İranının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının rəhbəri Məhəmməd Mehdi İmanipur ilə görüşüb.

Bu barədə, Azərbaycanın Tehrandakı səfirliyi məlumat verib.

Məlumata əsasən, görüşdə hər iki ölkənin xalqlarının ortaq tarixi, mənəvi və mədəni bağlılığının əlaqələrin möhkəmlənəsinə verdiyi töhfə vurğulanaraq mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın önəmi qeyd olunub.

Qarşılıqlı olaraq mədəniyyət günlərinin hər iki ölkənin paytaxt və regionlarında keçirilməsi, kino həftələrinin, müştərək sərgilərin, konfransların, səfərlərin təşkil olunması, dini, tarixi-mədəni abidələrinin qorunması və digər birgə tədbirlərin görülməsi istiqamətində fikir mübadiləsi aparılıb.

İlgili xəbərlər