İran Rusiyadan “Suxoy-35” qırıcıları almaq istəyir

Iran Hava Qüvvələri Rusiyadan Suxoy-35 qırıcıları almaq niyyətindədir.

Bu barədə  İranın Hərbi Hava Qüvvələrinin komandanı general Həmid Vahedi məlumat verib.

Vahedi mediaya müsahibəsində qeyd edib ki, “Suxoy-30”un alınması planlaşdırılmır və hazırda Rusiyadan “Suxoy-35”in alınması nəzərdə tutulur”.

“Rusiyadan “Suxoy-35”in alınması ilə bağlı yekun qərar ordu komandanlığının və silahlı qüvvələrin baş qərargahının komandanlığının əlindədir və ümid edirik ki, gələcəkdə bu 4++ nəsil qırıcılarını ala biləcəyik”,-deyə o əlavə edib.

Bəzi iddialara görə, Rusiyanın “Suxoy-35” döyüş təyyarələrinin alınması İranın Rusiyaya pilotsuz təyyarələr göndərmək müqabilində olacaq.

İlgili xəbərlər