Kürd üzvlər Urmiya Şəhər Şurasında türkcə çıxışlara etiraz olaraq iclası tərk edib

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya Şəhər Şurasının iki kürd üzvü digər üzvlərin türkcə çıxışlarına etiraz edib.

Yerli medianın verdiyi məlumata əsasən, qalmaqal Şəhər Şurasının üzvü və keçmiş sözçüsü Tumac Vəhid Əfşarın kürdlər tərəfindən işlədilən “Maksim” taksi şirkətinin xəritələrində Urmiya adının təhrif olunması və İraqın şimalındakı Dehuk şəhər universitetinin girişinə Azərbaycan torpaqlarını da ehtiva edən “böyük Kürdüstan” xəritəsinin vurulması ilə bağlı dövlət qurumlarına müraciətindən sonra başlayıb.

Sasan İbrahimzadə və şuranın digər kürd dilli üzvü Sadiq Təvəkkülimehr çıxışların farsca olmasını tələb ediblər.

Məlumata görə, Şəhər Şurasının üzvü Əli Mustafazadə kürd üzvlərin türkcə çıxışlara etirazlarına cavab verdikdən sonra sözügedən kürd nümayəndələr iclası tərk edib.

Qeyd edək ki, Urmiya Şəhər Şurasının 11 üzvündən 3-ü kürddür.

İlgili xəbərlər