Iran hərbi təlim keçirir

İran ordusunun quru qoşunları hərbi təlim keçirir.
“Ordunun Quru Qoşunlarının “Güc-1401 (2022)” adlı təlimi ordunun quru qoşunları bölmələrinin yeni təhdidlərlə mübarizədə gücünü və döyüş hazırlığını qiymətləndirmək və təkmilləşdirmək məqsədi ilə keçirilir”, -deyə sözügedən hərbi təlimin sözçüsü briqada generalı Kərim Çeşək deyib.
Onun sözlərinə görə, hərbi təlimin bu hissəsində quru qoşunlarının piyada, zirehli, artilleriya, mobil PUA və elektron döyüş stansiyaları İsfahanın Nəsrabad bölgəsində yerləşdirilərək əməliyyat mövqelərini tutublar.
Ötən gecə qırıcı və hücum helikopterlərinin iştirakı ilə qabaqlayıcı zərbə təlimi keçirilib.
Təlim boyu vertolyotların intensiv uçuşu və koordinasiyası, gecə atəşi, çevik reaksiya qruplarının canlı məşqləri, məlumat mübadiləsi, “Şəfəq” raketlərinin havadan yerə sınaq atəşi baş tutub.
Güc -1401 təlimində komandolar da havadan əməliyyatdan sonra müəyyən edilən hədəflərə hücum edərək planlaşdırılmış əməliyyatı uğurla həyata keçirib.