İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi qonşu ölkələri hədələdi

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqiri qonşu ölkələrə Amerika ordusuna və müttəfiqlərinə ev sahibliyi etmələri haqda xəbərdarlıq edib.

O, bununla bağlı müraciətində qeyd edib ki, son aylarda Amerika ordusu Körfəz və Oman dənizindən öz təyyarədaşıyan, helikopter daşıyan gəmilərini və esminesləri geri çəkməklə yaranmış boşluğu İsraili CENTCOM-un regional komandanlığına qoşmaqla doldurmağa çalışıb.

General Baqirinin Amerika qüvvələrinin “geri çəkilməsi” ilə nə demək istədiyi bəlli deyil.

Xatırladaq ki, bu yaxınlarda ABŞ prezidenti Co Baydenin bölgəyə səfəri zamanı Baqerinin iddialarının əksinə olaraq, “Amerikanın Yaxın Şərqi tərk edib Çin, Rusiya və İran kimi ölkələrin xeyrinə boşluq yaratmaq niyyətində olmadığını” açıqlamışdı.

İlgili xəbərlər