İranın Yol və Şəhərsalma naziri Azərbaycana səfər edib

İranın Yol və Şəhərsalma naziri İran, Azərbaycan və Rusiyanın iştirakı ilə Şimal-Cənub marşrutu adlı üçtərəfli iclasda iştirak etmək üçün Bakıya səfər edib.
İranlı naziri Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini qarşılayıb.
“İclasda qonşularımızla İran, Azərbaycan və Rusiya arasında tranzit, xüsusilə də bu marşrutun əsas hissəsini təşkil edən Rəşt-Astara marşrutu haqda danışacağıq”, – Rüstəm Qasimi deyib.
3 günlük səfər zamanı Qasemi nümayəndə heyətlərinin rəhbərləri ilə görüşəcək.
Bundan əlavə, Azərbaycandan İran vasitəsilə Naxçıvana çəkiləcək yeni tranzit xəttinin – Ağbənd körpüsünün təməlqoyma mərasimində iştirak edəcək.