ABŞ: İran bütün uran ehtiyatlarından imtina etməlidir

ABŞ xarici işlər nazirliyinin rəsmisi bildirib ki, Tehran zənginləşdirilmiş nüvə ehtiyatlarından imtina etməlidir.

“İran hazırda yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarına malikdir, hansı ki qeyri-hərbi təyinatlı istifadə üçün heç bir əsası yoxdur. Lakin nüvə sazişinin icrasına qarşılıqlı qayıtmaqla, İran özünü bütün uran ehtiyatlarından xilas etməlidir”, – deyə nazirliyin sözçüsünün müavini Vendant Patel deyib.

Qeyd edək ki, iki gün əvvəl Beynəlxalq Atom Enerjisi Agentliyi İranın uran ehtiyatlarının nüvə silahına lazım olan normanı ötdüyünü bildirmişdi.

“İran zənginləşdirilmiş uran ehtiyatlarını 60%-ə qədər artıraraq 55,6 kiloqrama çatdırıb və sonrakı zənginləşdirmə isə nüvə silahı yaratmağa kifayət edə bilər”, – deyə AEBA-nın son hesabatında bildirilib.

Qeyd olunub ki, atom bombası yaratmaq üçün nəzəri olaraq 42 kiloqramlıq 60%-ə qədər zənginləşdirilmiş uran kifayət edir. Əslində, İran artıq nüvə silahı üçün lazım olan həcmi keçib.

İlgili xəbərlər