ABŞ İranın Təhlükəsizlik Nazirliyinə a yeni sanksiyalar tətbiq etdi

ABŞ Albaniyaya qarşı kiberhücum təşkil etdiyinə görə İrana sanksiya tətbiq edib.

Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, ABŞ və müttəfiqlərinə qarşı kiber fəaliyyətlərinə görə İranın Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi və nazir İsmail Xətib “qara siyahı”ya salınıb.

Bildirilib ki, İranın Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi və kiber proksiləri 2007-ci ildən bəri dünyanın müxtəlif ölkələrində hökumətləri, özəl sektor təşkilatlarını və müxtəlif kritik infrastruktur sektorlarını hədəf alan zərərli kiber əməliyyatlar həyata keçirir.

İlgili xəbərlər