İranın nəqliyyat naziri  Şimal-Cənub dəhlizinin katibliyinin yaradılmasına çağırıb

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində daimi katiblik sisteminin yaradılması məsələsi diqqətdə saxlanılmalıdır.

Bunu İranın yollar və şəhər inkişafı naziri Rüstəm Qasimi Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf perspektivlərinə həsr olunmuş tədbir zamanı deyib.

“İran Şimal-Cənub dəhlizinin inkişafı üçün təxirəsalınmaz tədbirlər görməyə hazırdır. Ölkələrimiz nəqliyyat dəhlizlərinin şaxələndirilməsi üzrə işlər aparır. Biz maneələrin aradan qaldırılması üzərində işləyirik, həmçinin elektron sistemlərdən istifadə edirik ki, bu da fəaliyyətimizi asanlaşdırır. Biz Şimal-Cənub dəhlizinin katibliyinin yaradılmasını, hər üç ölkənin dəmir yollarının birləşdirilməsini zəruri hesab edirik”, – deyə o bildirib.

Nazir onu da əlavə edib ki, sərhədlər vasitəsilə gediş-gəlişin və vizaların verilməsinin asanlaşdırılması vacib məsələlərdəndir.

“Biz vizanın alınması məsələsini asanlaşdırmalıyıq, burada bəzi xərclər azaldılacaq, o cümlədən qeyri-qanuni və qeyri-prosessual maneələr aradan qalxacaq”, – Qasimi qeyd edib.

Onun sözlərinə görə, bununla yanaşı, “Şimal-Cənub” dəhlizi çərçivəsində İran ərazisində “Rəşt-Astara” dəmir yolunun yaradılması məsələsi də vacibdir.

İlgili xəbərlər