İsrail: Mossad İranla bağlı amerikalılara həssas bilgilər verib

İsrailin kəşfiyyat və xüsusi əməliyyatlar agentliyi- Mossad-ın rəhbəri ABŞ rəsmilərinə İranın nüvə fəaliyyəti ilə bağlı “həssas bilgilər” verib.

Bu barədə İsrailin Baş Nazirliyi məlumat verib.

Amerikaya səfər edən David Barnea ABŞ-ın müxtəlif rəsmiləri o cümlədən də, CİA və FBİ rəhbərləri, ABŞ müdafiə naziri və Baş Qərargah rəisi, eləcə də ABŞ prezidentinin Milli Təhlükəsizlik müşaviri ilə görüşlər keçirib.

O, Amerika rəsmilərinə xəbərdarlıq edib ki, İran nüvə proqramı ilə bağlı dünyanı aldatmağa davam etdikcə ölkəsi susmayacaq.

Görüşlərdə ABŞ rəsmiləri İranın nüvə silahı əldə etməsinə icazə verməyəcəklərini və İsrailin təhlükəsizliyi ilə bağlı regional məsələlərdə Tel-Əvivlə tam əməkdaşlığa davam edəcəklərini bəyan ediblər.

İlgili xəbərlər