Təbrizdə və Ərdəbildə Urmiya gölü ilə bağlı vərəqələr yayılıb

Sentyabrın 7-də və 8-də mədəni və çevrə fəalları Urmiya gölünün quruması ilə bağlı Təbriz və Ərdəbil şəhərlərində vərəqlər yayıblar.
Vərəqələrdə gölün durumu, onun qurumasının ətraf mühitə təsirləri qeyd olunaraq, vətəndaşlardan məsələyə laqeyd yanaşmamaları istənilib.
Təbrizdə yayılan “Urmu gölü susuzdur, Azərbaycan oyanmasa uduzdu” başlıqlı vərəqlərdə qeyd olunub ki, “neçə illərdir ki, hökumət Azərbaycan millətinə qarşı diktatorluq və yox etmək siyasətlərin yeridir və bu siyasətlərə etiraz edən milli fəallara basqılar göstərir, onları həbsə salır”.
Ərdəbildə yayılan vərəqələrdə isə “Urmu gölünün ölümü, duz fırtınası, Azərbaycanın ölümü”, “Azərbaycanın ürəyinin dayanması İranın beyin ölümünə səbəb olacaq” məzmunlu şüarlarla ekoloji problemin ciddiliyinə diqqət çəkilib, hökumətə xəbərdarlıq edilib.