Güneyli fəalın məhkəmə iclası keçirilib

Güney azərbaycanlı milli fəal İsmayıl Əhmədinin məhkəməsi keçirilib.

Məhkəmə neçə gün öncə keçirilsə də məsələ ilə bağlı bilgilər yenicə ictimailəşib.

Məlumata əsasən, Əhər şəhərində sentyabrın 7-də İnqilab Məhkəməsi azərbaycanlı milli fəal İsmayıl Əhmədini mühakimə edib. Məhkəmə azərbaycanlı fəala qarşı “hökumətə qarşı təbliğat” ittihamı irəli sürüb.

Xatırladaq ki, may ayının 25-də İranın Təhlükəsizlik Nazirliyinin məmurları İsmayıl Əhmədinin evinə basqın edərək axtarış aparıb və ona məxsus telefon, kompüter və başqa şəxsi əşyaları müsadirə ediblər.

Həbs edilən milli fəal bir gün sonra girov qarşılığında məhkəmə prosesinin sonuna qədər müvəqqəti olaraq sərbəst buraxılıb.

Qeyd edək ki, Təhlükəsizlik İdarəsinin basqı və hədələri səbəbindən fəalın ailəsi onun həbs edilməsini ictimailəşdirə bilməyib.

İlgili xəbərlər