İran banklarının verdiyi kreditlərin 60% Tehrana aiddir

İran Mərkəzi Bankının hesabatına görə, cari günəş ilində (mart- iyul) ölkənin bank kreditlərinin 60 faizi Tehran əyalətinin payına düşüb.
Statistikaya görə, verilən kreditlərdə ikinci yeri İsfahan (4.2%), üçüncü yeri Rəzəvi Xorasan(3.4%), dördüncü yeri Fars(2.6%), beşinci yeri isə Xuzistan (2.4%) əyalətləri tutur.
Şərqi Azərbaycana əyalətinin payına düşən kredit, verilən ümumi kreditlərin 2.3%-nə bərabərdir.
Ümumilikdə isə Azərbaycan əyalətlərinin payı 5%-dən az təşkil edir.
Statistikaya əsasən, bir çox şirkətlər, o cümlədən zərər verən və istehsal üçün vəsaiti olmayan şirkətlər Tehran şəhərinin şimalında bahalı ofislər alıb ya da icarəyə götürüblər. İqtisadi müəssisələrin bu cür Tehranda cəmləşməsi paytaxt üçün xüsusilə, mənzil və torpaq sektorunda bir çox problemlərə səbəb olub, torpaq və evlərin qiymətinin süni şəkildə artması ilə nəticələnib.